Ru
12:18 / 17 Fevral 2025

Şəmkirdə qadın həyat yoldaşını bıçaqladı

Şəmkirdə qadın həyat yoldaşını bıçaqladı
860

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Namaz Cəfərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, rayonunun Qasımalılar kənd sakinləri, 1991-ci il təvəllüdlü Aynurə Cəfərova münaqişə zəminində, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Namaz Cəfərovu bıçaqla vurub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar