Tanınmış müğənni Tarkan Tevetoğlunun anası Neşe Tevetoğlu dəfn edilib.
Bakupost.az xəbər verir ki, Tevetoğlunun cənazəsi səhər saatlarında Maltepe Cümhuriyyət məscidinə gətirilib. Dəfn mərasimindən əvvəl bir çox sənətçilər məscidə əklillər göndərib. Başsağlığı qəbul edən sənətçi Tarkanı yaxınları və sevənləri dəfn mərasimi boyunca tək qoymayıb. Neşe Tevetoğlunun nəşi cənazə namazından sonra Maltəpə qəbiristanlığında torpağa tapşırılıb. Jurnalistlərə açıqlama verən Tarkan "Dəstəyiniz üçün çox sağ olun" deyib.
Lalə, BakuPost