İsrail İranla ABŞ arasında birbaşa hərbi toqquşmada maraqlıdır, lakin Tehran buna imkan verməyəcək və var gücü ilə müdafiə olunacaq.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin baş müşaviri, general Hüseyn Dəqiqi deyib.
“İran və ABŞ arasında müharibə sionist rejimin (İsrail nəzərdə tutulur - rel.) çoxdankı məqsədlərindən biridir. Lakin hazırda bu rejim çox zəif və kövrək vəziyyətdədir. İrana qarşı müharibə qəbuledilməzdir və biz İran xalqını əmin edirik ki, İslam Respublikasının silahlı qüvvələri qüdrətlidir və hər zaman barmağını nəbzində saxlayır”, - iranlı general deyib.
Zaur, BakuPost