Ru
18:44 / 20 Dekabr 2024

SEPAH Putinin iddiasını təkzib etdi

SEPAH Putinin iddiasını təkzib etdi
Eye

Vladimir Putinin Suriyada olan 4 min İran hərbçisinin Rusiya tərəfindən təxliyə edilməsi barədəki çıxışı həqiqəti əks etdirmir.

Bakupost.az. xəbər verir ki, bunu SEPAH komandiri və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kövsəri deyib.

“İran öz qüvvələrinin Rusiya tərəfindən köçürülməsinə imkan verməz, Rusiya Suriyada müşavir kimi işləyən Livan, Əfqanıstan və digər ölkələrin bir sıra vətəndaşlarını Tehrana köçürüb",- Kövsəri bildirib.

SEPAH-ın "Xatəm əl-Ənbiya" qərargahının komandir müavini Məhəmməd Cəfər Əsədi də verdiyi açıqlamasında Rusiyanın yalnız əfqanıstanlıları Suriyadan İrana köçürdüyünü bildirib.

Qeyd edək ki, dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putin Rusiyanın İranın 4 min döyüşçünün Suriyadan təxliyə etdiyini demişdi.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar