Ru
08:15 / 04 Oktyabr 2023

Separatçıların "prezident"i Samvel Şahramanyan kimdir? - Dosye

Separatçıların "prezident"i Samvel Şahramanyan kimdir? -  Dosye
5431

Erməni mediası gecə saatlarında Samvel Şahramanyanın da həbs olunduğunu yazıb.

Bu barədə Ermənistanın "Hrapark" saytı məlumat yayıb. Məlumat Azərbaycan tərəfindən hələ ki, təsdiq edilməyib.

Bakupost.az musavat.com-a istinadla Samvel Şahramanyanın dosyesini təqdim edir:

Samvel Sergeyoviç Şahramanyan 1 dekabr 1978-ci ildə Xankəndidə doğulub. Ermənistan siyasətçisidir.

Şahramanyan 1996–1999-cu illərdə Qarabağda separatçı silahlı dəstələrdə xidmət edib. 1999–2008-ci illərdə Rusiyada xidmət göstərib.

Şahramanyan əvvəllər Rusiya tərəfindən silahlandırılan qondarma "DQR"-in milli təhlükəsizlik xidmətinin direktoru olub. Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri kimi xidmət göstərib.

O, 31 avqust 2023-cü ildən 10 sentyabr 2023-cü ilə qədər qondarma "DQR"-in keçmiş dövlət naziri olub.

10 sentyabr 2023-cü ildə Qarabağda qondarma "seçki"lərdə "prezident" "seçilib".

O, İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndi Pedaqoji İnstitutuna keçib və 1999-cu ildə oranı bitirib.

29 may 2020-ci ildə qondarma "sərəncam"la general-mayor rütbəsi alıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar