Serbiya parlamenti etirazlara baxmayaraq, professor Djuro Matsutanın ölkənin baş naziri postuna namizədliyini təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə Reuters bildirib.
Qərar qanunverici orqandakı 250 yerdən 156-na nəzarət edən hakim Serb Tərəqqi Partiyasının dəstəyi ilə qəbul edilib. Bu partiya mütləq çoxluğa malik olduğundan səsvermə formal xarakter daşıyıb.
Müxalifətdən olan deputatlar bu təyinatı tənqid edərək, prosedurda şəffaflığın olmadığını bildiriblər. Prezident Aleksandar Vuçiçin yaxın müttəfiqi olan Matsura əvvəllər təhsil naziri vəzifəsində çalışıb.
Zaur,BakuPost