Azərbaycanda Maliyyə Nazirliyində ciddi dəyişikliklər baş verib.
“AzPolitika" xəbər verir ki, hazırda nazir vəzifəsini müvəqqəti icra edən şəxs Azər Bayramovdur.
O, 2004-cü ildən bu yana Maliyyə Nazirliyində nazir müavini kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Azər Bayramov Xarici İşlər naziri Ceyhun Bayramovun qardaşıdır.
Xatırladaq ki, yanvarın 10-da uzun müddət maliyyə naziri vəzifəsində çalışan Samir Şərifov yeni vəzifəyə, Baş nazirin müavini postuna təyin edilib. O, bu vəzifədə 2006-cı ildən bəri çalışırdı.
S. Şərifovun nazir postundan getməsi və vəzifələrini müavini A. Bayramovun icra etməsi nəticəsində Maliyyə Nazirliyinin strukturu üzrə hazırda nazirin birinci müavini və iki müavinin vəzifələri boş qalıb. Nazirin keçmiş birinci müavin İlqar Fətizadə 2022-ci ilin aprelində vəfat edib. Həmin vaxtdan bu vəzifə boşdur. Nazirin digər müavini postu da 2018-ci ildən vakant olaraq qalır. Belə ki, 28 avqust 2018-ci il tarixində nazir maüvini Emin Hüseynov bu vəzifədən azad edilərək, əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin olunub, sonra ona işğaldan azad edilmiş ərazilər üzrə yeni vəzifə verilib. Nazirliyin əsasnaməsinə əsasən, ümumilikdə bir birinci müavin və üç müavin vəzifəsi nəzərdə tutulur.
Qeyd edək ki, bu barədə ilk məlumatı teleqraf.com saytı yayıb.
Cəmiyyətə zəruri Söz tapmayan mediamız millətçi-qanlı soyqırıma əvəzsiz yardım etmiş vəzifəBAZlıq azarının hələ də sağalmadığını qeyd edir. Seçimə tərifli, ya tənqidi mülahizələrin məğzi-məramı nə ola bilər? Ya kimlərinsə, guya rəqib və apponentlərin *Zəfərə* qısqanclığı, ya da təriflə *yaranıb, ətrafında kölgələnmə*? Elə belə meyl-münasibətlər, ölkəmizin daha gen-şaxəli uğurlarına dəstəkdən çox, mane ola bilər? Şəxsdən asılı ölmayaraq, hər vəzifənin qanuni bütöv-dövləti və məsul-icra funkiyaları-borcu tam təsbit olunub!