Ru
23:01 / 07 Yanvar 2025

Sərnişin relslərin üzərinə düşdü - Metroda hərəkət dayandı - YENİLƏNİB

Sərnişin relslərin üzərinə düşdü - Metroda hərəkət dayandı - YENİLƏNİB
1854

22.17

Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

Bu barədə Bakupost.az -a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb.

Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 07.01.2025-ci il tarixində saat 21:50 radələrində “Ulduz” metrostansiyasından çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər şəxs (kişi cinsli) açıq kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar