***
11:16
Bu gün səhər saatlarında Bakı-Sumqayıt sürət qatarında qatarında xaos yaşanıb.
Bu barədə
Bakupost.az –a şikayətçilər məlumat veriblər.
Qeyd olunur ki, səhər 9 radələrində sərnişinlər 1 saat 9 dəqiqə qatarda qalmalı olublar:
“Belə rəzalət olmaz. Yolun yarısında qalmışdıq. Stansiya olmadığı üçün bu qatardan o qatara keçirdiblər. Nə qatar gedir, nə də qapını açırlar. İçəridə aləm bir-birinə dəymişdi. Sərnişinlərdən halı pisləşənlər oldu. Belə tragikomediya görünməyib. Azərbaycan Dəmiryolları İdarəsi xidmət səviyyəsi çox sürətlə "inkişaf" edir”.
***
15:15
Məsələ ilə bağlı ADY-dən
Bakupost.az -a bildirilib ki, hadisəyə səbəb qatarda yaranan texniki nasazlıq olub:
"Bu gün saat 08:30-da Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yolda olan 6009 nömrəli qatarda texniki nasazlıq yaşanıb. Bu səbəbdən həmin qatarda hərəkət edən cəmi 22 sərnişin təlimata uyğun olaraq operativ şəkildə digər qatara köçürülüb.
Qeyd edək ki, qatarın hərəkətdə olmadığı müddət ərzində havalandırma sistemi normal fəaliyyət göstərib".
Elnur
BakuPost