Aprelin 16-da ölkə ərazisində intensiv yağan yağışlar Bakı və Abşeron rayonlarında genişmiqyaslı fəsadlara səbəb olub.
Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, bu fəsadlardan biri də vətəndaşların mənzillərini su basması olub.
Belə ki, Şərur MTK-ya məxsus binada vətəndaş çilçıraqdan su gəlməsindən şikayətçidir.
Sakin bildirib ki, binanın dam örtüyünün düzgün qurulmaması nəticəsində yağış suyu onun mənzilinə dolub, elektrik xətlərinə və tavan hissəyə ziyan dəyib.
Sakinlərin sözlərinə görə, buna səbəb də tikinti səhvləri, düzgün quraşdırılma işlərinin aparılmamasıdır.