Ru
18:04 / 11 Mart 2025

Şərurda ölmüş heyvan əti satmaq istədilər

Şərurda ölmüş heyvan əti satmaq istədilər
Eye

Şərurda yararsız ət aşkarlanıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Şərur rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Şərur rayonu Xətai kənd sakini fiziki şəxs Əhmədov Rövşən İsmayıl oğlu tərəfindən ölmüş, istehlaka yararsız 59 kq iribuynuzlu heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.

Orqanoleptik müayinələr zamanı heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ölmüş heyvan cəmdəyi məhv olunub.




Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar