Ru
10:29 / 29 Aprel 2025

Şərurlu İsfəndiyar QHT sədrini evindən çıxarır - VİDEO

Şərurlu İsfəndiyar QHT sədrini evindən çıxarır - VİDEO
Eye

""Şərur MTK" nın rəhbəri Şərurlu İsfəndiyar evimi əlimdən alır”

Bakupost.az xəbər verir ki, bunu tanınmış istimai fəal, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov deyib.

Onun sözlərinə görə, Saray qəsəbəsində “Jasmin Park”da ev alıb:

"Evin kreditini 3 aydan az gecikdirmişəm. Çox vaxt 2-3 ayın kreditini birlikdə ödəmişəm, özü də nağd, əldən-ələ. Onda bir söz deyən olmurdu. Yenə həmişəki kimi həmin 3 ayın pulunu ödəmək üçün “Şərur MTK” ya gələndə dedilər, müqavilədə göstərilib ki, 2 ay gecikmə olduqda ev digər şəxsə satılır. Bəs bunu 3 ildir niyə demirdilər? İndi də mənə bildirirlər ki, “müqavilədə yazılana baxma, 3-6 ayı birlikdə ödəyə bilərsən” deyən işçilər qovublar”.

Qarşılaşdığı problemi həll etmək üçün Şərurlu İsfəndiyar ilə görüşmək istəyən E.Maqalov onun kobud rəftarı ilə üzləşib:

“İdda edirlər ki, sən evi alanda 2022 ci ildə 1 kv.m-in qiyməti 650 manat idi, indi 1250 manatdır. Evə ödədiyim məbləği, yani 1 kv.m-ə 650 manatı qaytarmaq şərti ilə evi əlimdən alır və ya 44000 cərimə yazırlar. Çox çək-çevirdən sonra cəriməmi 20000 manata saldı. Halbuki evin ümumi dəyəri 47700 manatdır. İndi 6 min manata görə ya evi qaytarmalıyam, ya da 20 min manat cərimə verməliyəm. Özü ilə şəxsən görüşdüm. Danışmağa belə imkan vermədi. Kobud şəkildə, “xoşun gəlmir evi 2022 ci ilin qiyməti ilə qaytar” dedi”.

Daha ətraflı videoda:

AYXAN,
BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar