Ötən gecə Daşkəsəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saat 22 radələrində Vəliyev Emin Nizami oğlu sərxoş vəziyyətdə yaşadığı binanın pilləkənindən yıxılıb.
Belə ki, 26 yaşlı Emin Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 15 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının blokunda pilləkənləri qalxarkən müvazinətini itirib. Nəticədə o, yuvarlanaraq 2-ci mərtəbədən 1-ci mərtəbəyə düşüb.
Gənc oğlan aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.