Ru
10:18 / 17 Yanvar 2025

Sərxoş sürücü polisə tabe olmadı, 15 gün həbs olundu - VİDEO

Sərxoş sürücü polisə tabe olmadı, 15 gün həbs olundu - VİDEO
Eye

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində rayon sakini Vahid Xaspoladov idarə etdiyi “VAZ” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının 8-ci taqımının əməkdaşları tərəfindən saxlanılıb.

Bakupost.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib. Lakin, V.Xaspoladov məsuliyyətdən yayınmaq məqsədilə polisə tabesizlik göstərib, avtomobilini yandıracağı hədəsiylə süni gərginlik yaratmağa calışıb.

Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən V.Xaspoladov məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar