Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:28 / 14 Avqust 2023

Səs-küylü qətli araşdıran jurnalist həbs olunur…- Sensasion açıqlamalar - VİDEO

8640
Məni saxta ittihamlarla həbs etmək istəyirlər. Məqsəd araşdırdığım səs-küylü qətl hadisəsinin açılmasının qarşısını almaqdır.

Bu sözləri Bakupost.az - a haqqında ağır maddələrlə cinayət işi açılmış Qubada yaşayan tanınmış jurnalist Cəmil Məmmədli deyib.




Onun sözlərinə görə, 2010-cu ilədə yaşadığı evdə qətlə yetirilən “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın övladları ondan üstü açılmayan bu cinayətlə bağlı jurnalist araşdırması aparmağı xahiş ediblər.

Araşdırma zamanı bəzi müəmmalı məsələlərin ortaya çıxması, eyni zamanda C.Məmədlinin Qubanın keçmiş icra başçısı ilə başlanan məhkəmə prosesinə başı qarışması tərəflər arasında narazılığa səbəb olub.

Bundan sonra sosial şəbəkələrdə qarşılıqlı ittihamlar başlayıb.

Jurnalist iddia edir ki, rayonda kifayət qədər gücə sahib olan Babayevlər ailəsi onun həbsinə çalışan Qubanın keçmiş icra başçısı Ziyəddin Babayevlə birləşərək, oyun qurublar.

C.Məmmədli bildirib ki, ittihamalar tam saxtadır, heç bir dəlil yoxdur:

"Məndə ittihamda adları keçən şəxslərin səs yazıları var. Onlar mənə guya pul vermələri barədə ifadələrini təkzib edirlər. Bildirirlər ki, biz elə ifadə verməmişik".

Jurnalist başda Prezident İlham Əliyev olmaqla, aidiyyəti qurumların rəhbərlərindən xahiş edir ki, məsələ nazarətə götürülsün, ittihamda adı keçən şəxslərin əlaqələri araşdırılsın, ona qarşı plan quran şəxslərin ifşa olunmasına yardım edilsin.

Qeyd edək ki, Cəmil Məmmədli ötən il dekabrın 15-də rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlətmək, vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmək, ona əl və ayaqla xəsarətlər yetirmək və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməkdə ittiham edilir.


Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar