Bakupost.az və "M.Teatr"ın birgə layihəsi olan "Çərçivə" verilişinin növbəti qonağı Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədov olub.
Həmkarı, Xalq artisti Vidadi Həsənovun suallarını cavablandıran Sabir Məmmədov Qazax teatr məktəbindən, tələbəlik illərindən, tamaşa və filmlərdə oynadığı rollardan, müasir gənclərdən danışıb.
"Birinci silahımız istedad və zəhmətdir" deyən aktyor eyni zamanda Akademik Milli Dram Teatrına gəlişindən, mərhum aktyor Həsənağa Turabovla işbirliyindən, mərhum rejissor Vaqif İbrahimoğlu ilə bağlı xatirələri və digər maraqlı mövzulardan söz açıb.
Daha ətraflı videomüsahibədə...
Zaur
BakuPost
Səsləri ilə yaddaşlarımıza həkk olmuş mərhum Səməndər Rzayev, Həsən ağa Turabov, Şahmar Ələkbərov, YUSİF VƏLİYEV, Həmlet Xanızadə və s. Böyük sənətkarların davamçısı olan Sabir Məmmədov da öz qeyri adi səsi ilə insanların ruhunu şad etməkdədir. Uğurlar, cansağlığı və ehtiram Sabir bəyə.