Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:35 / 27 Sentyabr 2024

Səttar Möhbalıyevin həyat yoldaşı işdən çıxarıldı - VİDEO

9950
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.

Bakupost.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Bildirilib ki, B.Möhbalıyevanın istifadə etdiyi və qurumun balansında olan bahalı avtomobil də ondan alınıb.

Xatırlatma: Bu ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. S.Möhbalıyev istefa verdikdən sonra AHİK-in 11 avtomobili onun qohumlarından geri alınıb.


Şərhlər
  • Cəmşid Dərələyəzli

    Çox əndrabədə bir dövrdə yaşayırıq. Dövlətin bütün qrumları olubdur ailə məclisi. Nə dəyişəcək, onun yerinə gələn də öz həyat yoldaşını verəcək ora.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar