Ru
17:45 / 26 Fevral 2025

Sevgilisi ona aldığı “Porsche”ni bəyənmədi, zibil qutusuna atdı - FOTOLAR

Sevgilisi ona aldığı “Porsche”ni bəyənmədi, zibil qutusuna atdı  - FOTOLAR
1275

Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində maraqlı hadisə qeydə alınıb.

Bakupost.az “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, adı açıqlanmayan bir şəxs “Porsche” markalı avtomobili zibil qutusuna atıb.

Qeyd olunur ki, həmin şəxs ilk olaraq bu avtomobili 14 Fevral – Sevgililər Günündə sevdiyi xanıma hədiyyə edib. “Porsche Macan” avtomobili qəzaya düşmüş və bir qədər zərər görmüş halda olub. O, qadına maşını hədiyyə edərkən nəqliyyat vasitəsinin vəziyyətini izah edib və onu təmir etdirəcəyinə söz verib.

Ancaq bu, xanım tərəfindən heç də xoş qarşılanmayıb və o, hədiyyəni qəbul etməyib. Bundan qəzəblənən kişi avtomobili zibil qutusuna atıb.




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar