Ru
18:30 / 19 Noyabr 2024

Sevgilisinin boğazına bıçaq dayayan kişini güllələdi - FOTO

Sevgilisinin boğazına bıçaq dayayan kişini güllələdi - FOTO
Eye


İstanbulun Hasköyu rayonunda bir nəfər sevgilisinin boğazına bıçaq dayayan adamı kürəyindən silahla vurub.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl baş verən insidentin kamera görüntüləri üzə çıxıb. İddiaya görə, Mehmet Eray sevgilisi Kevsər Belinay ilə küçədə mübahisə edərkən, yoldan keçən Mustafa mübahisəyə sözlə müdaxilə edib. Buna əsəbiləşən Mehmet Eray Mustafaya sərt cavab verib.

Daha sonra Mustafa cibindən bıçaq çıxararaq Kevser Belinayın boğazına dayayıb. Bu vaxt Mehmet Əray belindəki silahı çıxararaq ona tuşlayıb. Mustafa qaçmağa çalışsa da, Eray onu təqib edərək kürəyinə atəş açıb. Həmin anlar təhlükəsizlik kameralarında əks olunub.

Bəyoğlu Təhlükəsizlik Şöbə Komandirliyi hadisə ilə bağlı istintaq başladıb. Polis bölməsində ifadəsi alınan şübhəli Mehmet Eray ədliyyəyə təhvil verilib. Məhkəmə onun barəsində "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə həbs qərarı çıxarıb.

Lalə, BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar