Ru
10:58 / 29 Dekabr 2024

“Sevilya” Juninyonun transferində sona yaxınlaşır

“Sevilya” Juninyonun transferində sona yaxınlaşır
Eye

Olavio Juninyonun “Sevilya”ya transferi tamamlanmaq üzrədir.

Bakupost.az xəbər verir ki, artıq İspaniya klubu ilə “Qarabağ” arasında razılıq əldə olunub.

Bu barədə İspaniyanın “Ficherio” saytı məlumat yayıb. Mənbənin yazdığına görə, braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək. “Sevilya” Juninyonun transferi ilə bağlı “Qarabağ”la anlaşıb. Yalnız bəzi xırda detalların dəqiqləşməsi qalıb.

28 yaşlı forvardın “Sevilya”nın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də “Valensiya” ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir.

Xatırladaq ki, “Qarabağ” Juninyonu ötən yay Portuqaliyanın “Çaveş” klubundan transfer edib. Hücumçu bu mövsüm Ağdam təmsilçisinin heyətində keçirdiyi 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar