Ru
17:30 / 26 Mart 2025

“Sevinc Heydərovanın xeyrinə qərarlar verirdi...” – Flora Kərimovanın köməkçisi məhkəmədən danışdı

“Sevinc Heydərovanın xeyrinə qərarlar verirdi...” – Flora Kərimovanın köməkçisi məhkəmədən danışdı
Eye

“Biz bütün faktları təqdim etmişik, indi məhkəmənin qərarını gözləyirik. Ümid edirik ki, Ali Məhkəmə Sevinc Heydərova ilə bağlı ədalətli qərar verəcək”.

Bakupost.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Əli Davud deyib. O bildirib ki, müğənni ixtisasca nevroloq olan, lakin uzun müddət plastik-cərrah sertifikatı ilə fəaliyyət göstərən Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini davam etdirir:

“Flora xanım 4 dəfə ekspertizadan keçdi. Hətta sonuncu dəfə özümüz də ekspert cəlb etdik. Bununla belə məhkəmə Sevinc Heydərovanın xeyrinə qərar çıxardı. Hazırda işə Ali Məhkəmə baxır. Güman edirik ki, həkimin sertifikatı ləğv olunduqdan sonra məhkəmə daha ona haqq qazandırmayacaq”,-deyə o bildirib.

Qeyd edək ki, Flora Kərimova Sevinc Heydərovanı uğursuz əməliyyata görə məhkəməyə verib. O, 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun fəsadlarını görüb, görmə qabiliyyəti tamamilə zəifləyib.

F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endokrinoloq, nevroloq, sonra isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.

Səhiyyə Nazirliyi onun plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsini ləğv edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar