Ru
21:30 / 23 Aprel 2025

"Sevirəm..." - 59 yaşlı Məleykə Əsədova

"Sevirəm..." - 59 yaşlı Məleykə Əsədova
Eye

Xalq artisti Məleykə Əsədovanın 59 yaşı tamam olur.

Bakupost.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa üzər sözlərini izləyiciləri ilə bölüşüb.

"Yeni yaşım mübarək olsun. Xoş gəldin! Allahıma sonsuz şükürlər olsun, bu yaşımı görməyi mənə qismət etdi. Çox şükür ki, sağlam ruhla, bədənimlə bu yaşıma çatdım. Hər yaşımı sevirəm. Özümü, həyatı çox sevirəm. Əqidəmlə, insani keyfiyyətlərimlə yaşamağı sevirəm. Doğulduğum ayı da, günü də çox sevirəm. İçimdəki uşaq ruhlu, təmiz Məleykənin qəlbini sevirəm. Doğmalarımı hədsiz sevirəm. Sadiqliyimi, yaşadığım torpağımı sevirəm. Səhnəni, obrazlarımı, məni alqışlayan tamaşaçılarımı sevirəm. Allahımı, insanlığı sevirəm" deyə, M.Əsədova paylaşımında yazıb.

Qeyd edək ki, M.Əsədovanın Gülər adlı bir qız övladı var.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar