Ru
11:38 / 04 Aprel 2025

Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunacaq - SƏRƏNCAM

Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunacaq - SƏRƏNCAM
Eye

Prezident İlham Əliyev Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Bakupost.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi qeyd olunacaq.

Bununla bağlı Mədəniyyət Nazirliyi Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə dair tədbirlər planı hazırlayacaq. Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.

Sərəncamda qeyd olunur: "Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanmışdır. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar