Ru
17:24 / 30 Mart 2025

Seyxin səhhətində problem yaranıb? - “Bakıya bilet tapa bilmədim”

Seyxin səhhətində problem yaranıb? - “Bakıya bilet tapa bilmədim”
Eye

Bu gün ölkə məscidlərində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bayram namazında iştirak etməyib. Teleqraf agentliyi Hətta məlumat yayıb ki, şeyxin mərasimdə iştirak etməməsi onun səhhətində problem yaranmasıyla bağlıdır.

Bakupost.az xəbər verir ki, yayılan xəbərlə bağlı Şeyx “Unikal”a açıqlama verib.

Onun sözlərinə görə, səhhətində heç bir problem yoxdur:
“Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm.

Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər. Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb”, - deyə o qeyd edib.

Şeyxülislam Türkiyəyə səfərinin səbəbini açıqlamaq istəməyib:
“Bu, mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar