Ru
11:05 / 16 Noyabr 2024

”Shokki Mokki” COP29-da “Məktəbim” layihəsi ilə təmsil olunur

”Shokki Mokki” COP29-da “Məktəbim” layihəsi ilə təmsil olunur
Eye

Sevilən uşaq markası “Shokki Mokki” daim sosial layihələrə dəstək verir.

Bakupost.az xəbər verir ki, xüsusilə təhsil sahəsində həyata keçirdiyi layihələri ilə seçilən marka 2 ildən artıqdır ki, UAFA təşkilatı ilə birlikdə “Məktəbim” layihəsini reallaşdırır.

Layihə BMT-nin Dayanıqlı İnkişaf məqsədləri arasında keyfiyyətli təhsil məqsədini əsas tutaraq , təhsildə bərabərsizliyi aradan qaldırmaq üçün həyata keçirilir.

Bugünədək 1500-dən artıq uşaq məktəbəqədər təhsilə cəlb olunub.

Layihə eyni zamanda qadınlar arasında sahibkarlığın da inkişafına dəstək olur.

Belə ki, paytaxt və regionlardan 70-dən çox xanım layihəyə qoşulub.

Qeyd edək ki, “Shokki Mokki” təhsildə dayanıqlı inkişafı dəstəkləmək məqsədi ilə bu mövzuda videolar hazırladıb.

Həmçinin, bu istiqamətdə panel müzakirələri təşkil edəcək.

Həm videolarla tanış olmaq, “Məktəbim” layihəsi haqqında geniş məlumat əldə etmək və panel müzakirələrinə qoşulmaq üçün Yaşıl zonada yerləşən “Azərsun Holdinq” pavilyonuna yaxınlaşmağınız tövsiyə edilir.

Siz də “Shokki Mokki” məhsullarını əldə etməklə, təhsildə dayanıqlı inkişafın təmin olunmasına dəstək ola bilərsiniz.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar