Ru
17:59 / 07 Oktyabr 2024

Sığına görə 4 azərbaycanlı öldü: Daha 4 nəfər yaralandı

Sığına görə 4 azərbaycanlı öldü: Daha 4 nəfər yaralandı
4773

Omsk vilayətində azərbaycanlı inşaatçılar avtomobil qəzasına düşüb, 4 nəfər ölüb.

Bakupost.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Omsk vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, qaəza Omsk-Muromtsevo-Sedelnikovo yolunun 129-cu km-də baş verib. "Lada Priora" markalı minik avtomobili yola çıxan sığını vurduqdan sonraToyota Yaris"ə çırpılıb.

“Jiquli”də Azərbaycandan gələn inşaatçılar olub. Prokurorluğun məlumatına görə, 30 yaşlı sürücü, həmçinin 39 və 35 yaşlı sərnişinlər dünyasını dəyişib. Daha iki nəfər xəstəxanaya yerləşdirilib.

“Toyota”da isə qəza zamanı həlak olan 42 yaşlı qadın və onun 38 yaşlı əri, həmçinin 6 yaşlı oğlu olub.

“İlkin təhqiqat zamanı müəyyən edilib ki, sığın yerli avtomobilin qarşısına çıxıb, maçşın onu vurduqdan sonra idarəetməni itirərək, həmin an “Toyota” markalı avtomobilin keçdiyi qarşı zolağa çıxıb.
Qəza nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 yaşlı uşaq xəstəxanaya çatdırılıb”, - deyə Omsk Vilayət Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Nijneomski rayonunun prokuroru Denis Semenov hadisə yerinə gedib.

Faktla bağlı “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla insan ölümünə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar