Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:16 / 21 Fevral 2024

Sığorta sistemini çökdürən təhlükə: uğursuz əməliyyatlar, üçqat xərclər – Məşhur professorla VİDEOMÜSAHİBƏ

12478
Əslən azərbaycanlı olan, Acı Badem Xəstəxanasının Ortopediya və Travmatogiya şöbəsinin professoru Mehmet Serdar Binnet budəfəki Bakı səfərində Medicina.az -a videomüsahibə verib.

Bakupost.az xəbər verir ki, Ankara Universitetinin Tibb fakültəsinin məzunu olan M.Binnət Noksvilldə Haslam Biznes Kollecində magistr təhsili alıb. Daha sonra Hyustonda, Birminhemdə, Yutada, Nyu-Yorkda, Pittsburqda, Stokholmda və digər şəhərlərdəki məşhur klinikalarda müşahidəçi həkim kimi çalışıb.

Türkiyədə isə o, müxtəlif illərdə bir sıra məşhur tibb ocaqlarında - Acıbadem Sağlamlıq Qrupu Ankara Xəstəxanasında, Ankara Universitetinin Tibb fakültəsində, İbn Sina Xəstəxanasında tədqiqatçı, müəllim, həkim və ya şöbə rəhbəri olub. Bununla yanaşı, M.Binnət bir neçə il həm də Bakıda Mərkəzi Klinikada ortopediya və travmatologiya üzrə məsləhətçi həkim kimi fəaliyyət göstərib.

O, FIFA və UEFA kimi beynəlxalq idman qurumlarında da vəzifələr tutub.

Mehmet Serdar Binnet son 1 ildə çalışdığı xəstəxananın təklifi ilə pandemiyadan sonra səhiyyə sistemində olan dəyişiklik və yenilikləri öyrənmək üçün Avropa ölkələrində olub.

O, Türkiyədə tibbi sığorta sistemində önə çıxan əngəllərin səbəbini tapan alimlərdəndir.

Professorun fikrincə, tibbi sığorta bu gün çox bahalı əməliyyatlara pul xərcləyir. 20 il əvvəlki xərclərlə indiki qiymətlər fərqlidir və zaman keçdikcə, tibbi sığorta artan tələbata tab gətirməyib çökə bilər. Bu səbəbdən sığorta sistemi aparılan müalicə və əməliyyatların uğursuzluq statistikasını aparmalıdır. Çünki bu sistem bir uğursuz əməliyyat və sağalmayan xəstə üçün təkrar pul ödəməli olur. Hazırda Türkiyədə bu təcrübə yaşanır. Bu isə hər il milyonlarla dollar itki deməkdir.

Ətraflı videomüsahibədə:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar