Ru
16:29 / 11 Fevral 2025

"Şimal-Cənub” dəhlizinə dair saziş təsdiqləndi - Fərman

"Şimal-Cənub” dəhlizinə dair saziş təsdiqləndi - Fərman
847

Prezident İlham Əliyev “Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.


Bakupost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.


Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya hökumətinə bildiriş göndərməlidir.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar