Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:29 / 01 Avqust 2024

Şimali Koreyada təbii fəlakət: Ölənlərin sayı 1000-i keçdi

1759
Şimali Koreyanın şimal-qərbindəki Sinuiju şəhərində leysan yağışlar və daşqınlar nəticəsində ölən və itkin düşənlərin sayının 1000 nəfəri keçdiyi təxmin edilir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya Qızıl Xaç Cəmiyyəti Şimali Koreyadakı daşqın qurbanlarına humanitar yardım göndərməyi təklif edib. Lakin təkliflə bağlı hələ ki, Şimali Koreyadan heç bir cavab verilməyib.

Qeyd edək ki, Sinuiju şəhərində güclü yağışlar səbəbindən Şimali Koreya-Çin sərhədindəki Yalu çayının daşması nəticəsində 5 mindən çox insan təxliyə edilib.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar