Simpsonlar Kamala Harrisin ABŞ-da prezident seçkilərində qələbəsini proqnozlaşdırıblar.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, epizodların birində onlar kostyumu və muncuqlarının rənginə qədər geyimi Harrisinkinə çox oxşayan qadın prezidenti göstəriblər.
Eyni zamanda, süjetə görə, o, daşınmaz əmlak satan prezidenti (Tramp kimi) əvəz edir.
Qeyd edək ki, “Simpsonlar” serialı mövcud olduğu illər ərzində gələcəyin proqnozlaşdırıcısı kimi şöhrət qazanıb. Matt Groening tərəfindən hazırlanmış cizgi filmi onun bəzi epizodlarının sonradan real həyatda baş verməsi ilə məşhurdur.
Zaur
BakuPost