Ru
15:16 / 24 İyul 2024

Siqaret BAHALAŞACAQ - Açıqlama

4224
Xəbər verdiyimiz kimi, Azərbaycanda siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb. Belə ki, ölkəyə gətirilən, tərkibində tütün və tütün əvəzləyicisi olan siqarillaların 1000 ədəd iüçün 43 manatdan 45,5 manata qaldırılıb.

Aksiz dərəcəsi tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərın 1000 ədədi üçün 46,5 manatdan 53,5 manata qaldırılıb.

Bəs qərardan sonra siqaretin qiyməti bahalaşacaqmı?




Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az –a açıqlama verib.

O, bildirib ki, qiymət artımı gözləniləndir:

“Təbii ki, istənilən vergi, aksiz dərəcəsi artırılan kimi ona tətbiq olunan məhsulun da qiyməti qalxır. Çox güman ki, siqaretin də qiymətində artım baş verəcək. Siqaretin qiymətinin artmasını hökumət nümayəndələri daha rahat şəkildə bu cür addımla atır. Çünki sosial məsələ olmadığı üçün ciddi etiraz doğurmur. Ona görə də bu, ard-arda 5-ci qərardır və siqaretin qiymətinə də təsir edəcək”.


Aygün
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar