Ru
10:30 / 23 Dekabr 2024

Şirkət maşınından 127 mini oğurlayan 3-cü şəxs də SAXLANILDI

Şirkət maşınından 127 mini oğurlayan 3-cü şəxs də SAXLANILDI
728

Dekabrın 16-sı Sumqayıtda şirkət avtomobilinə basqın edərək külli miqdarda pul aparan daha bir nəfər polis tərəfindən saxlanılıb.

Bakupost.az xəbər verir ki, quldurluğa məruz qalmış avtomobil “Linkoil” MMC-yə məxsus olub.

Şirkət əməkdaşı Şahin Şirinovun idarə etdiyi “Chevrolet” markalı avtomobildən 127 298 manat pulu açıq talama yolu ilə aparan qrupun digər üzvü, 1981-ci il təvəllüdlü Sumqayıt sakini Namiq Məhəmməd oğlu Pirməmmədov keçirilən əməliyyatla polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun əvvəllər Cinayət Məcəlləsinin 127, 128 və 221-ci maddələrinə əsasən məhkum olunması da məlum olub.

Qeyd edək ki, daha əvvəl quldurluqda iştirak etmiş 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov da tutulmuşdu.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar