Ru
12:09 / 11 Aprel 2025

Şirvan Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olundu

Şirvan Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olundu
Eye

Milli Məclisdə Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyini və vəzifədən azad edilməsi haqqında məsələyə baxılıb.

Bakupost.az xəbər verir ki, sözügedən layihə parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev, Ağdaş rayon məhkəməsinin hakimi Cavid Sultanov, Masallı rayon Məhkəməsinin hakimi Ceyhun Quliyev, Saatlı rayon Məhkəməsinin hakimi Mirlətif Sadıqov vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.

Həmçinin Elşad İbiş oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi layihədə yer alıb.

Sonda məsələ səsə qoyularaq qəbul edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar