Şirvanda 2000-ci il təvəllüdlü Novruzlu Vüqar Eldar oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobil sürətlə fərdi yaşayış evinin hasarına çırpılıb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, sürücü ağır vəziyyətdə kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.