Ru
20:55 / 29 Avqust 2024

Siyasi fəallığın daha yüksək olduğu 10 dairə - Kimlər deputat seçiləcək?

3178
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.


Ötən yazılarımızda 95 dairədə namizədlərin şanslarını dəyərləndirmişdik.

Bu dəfə isə Goranboy, Bərdə, Tərtər, Şəmkir, Gədəbəy və s. rayonlardakı seçki dairələrindən olan namizədlərin imkanlarını götür-qoy edəcəyik.




96 saylı Goranboy-Naftalan Seçki Dairəsində mandat uğrunda 8 nəfər mübarizə aparacaq. Onlardan 5-i siyasi partiya (YAP-dan Bədəl Bədəlov, Müsavat Partiyasından Yuzif Namaz, ƏHD-dən Əli Həziquliyev, MMP-dan Aydın Nəcəfov, Ümid Partiyasından İmamverdi Verdiyev) təmsilçisi, 3-ü isə bitərəfdir. Bitərəflərdən biri təsərrüfat bacısı, 1-i sabibkar, 1-i isə işsizdir. Bu dairədə əsas mübarizə siyasi partiya namizədləri arasında gedəcək. Lakin YAP-ın namizədi, ARDNŞ-in sabiq vitse-prezidenti Bədəl Bədəlovun qələbə şansı digərlərindən daha yüksək dəyərləndirilir.





97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən qeydə alınan 6 namizədin 1-i siyasi partiya (YAP-dan deputat Anar Məmmədov) təmsilçisi, 5-i isə bitərəfdir. Bitərəflərdən "Kitabistan" MMC-nın baş direktoru Şəhriyar Məcidzadənin fəal seçki kampaniyası aparacağı, lakin onun Anar Məmmədovla rəqabətə davam gətirmək üçün lazımı resurslara malik olmadığı bildirilir.


98 saylı Bərdə-Tərtər Seçki Dairəsindən 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 4-ü siyasi partiya (YAP-dan Xanlar Fətiyev, KXCP-dən Hüseyn Bayramov, "Azad Vətən"dən Gəray Əsədov, Ümid Partiyasından Namir Səfərov) təmsilçisi, 4-ü isə bitərəfdir. Bitərəflərdən Qulu Qurbanovun fəal kampaniya aprdığı müşahidə olunur. Bu dairədə əsas mübarizənin partiya namizədləri və Q.Qurbanov arasında olacağı gözlənilir. "Gəncə Avtomobil Zavodu" İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyevin seçilmək şansı daha yüksək qiymətləndirilir.




99 saylı Bərdə Seçki Dairəsində də namizədlərin sayı 8-dir. Onlardan 5-i siyasi partiya (YAP-dan sabiq deputat Fatma Yıldırım, KXCP-dən Şahin Əhmədov, VHP-dən Murad Hüseynov, AXP-dən Mübariz İsmayılov, Ümid Partiyasından Rəfail Tağızadə) təmsilçisi, 3-ü bitərəfdir. Bu dairədə də əsas mübarizənin partiya namizədləri, xüsusən də Fatma Yıldırım və Rəfail Tağızadə arasında olacağı bildirilir. F.Yıldırımın yenidən deputat mandatı əldə etməsi ehtimalı böyükdür.

100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 3-ü siyasi partiya (YAP-dan deputat Kamran Bayramov, Müasir Müsavat Partiyasından Toğrul İsmayılov, "Azad Vətən" Partiyasından Nadir Məmmədov) təmsilçisi, 4-ü isə bitərəfdir. Bitərəflər müəllim və işsiz şəxslərdir. YAP-ın namizədnin bu dairədə ciddi müqavimətlə üzləşmədən qələbə şansının olduğu deyilir.

101 saylı Samux-Şəmkir Seçki Dairəsindən isə mandat uğrunda mübarizəyə 8 namizəd qatılacaq. Onlardan 2-i siyasi partiya (YAP-dan Mübariz Qurbanlı, Müsavat Partiyasından Etibar Əkbərov) təmsilçisi, 6-sı isə bitərəfdir. Bitərəflərdən 4-ü fərdi təsərrüfatçı, biri "Azpetrol"da səyyar yoxlayıcı, digəri isə anbardardır. Bu baxımdan əsas mübarizənin hakim partiyanın namizədi Mübariz Qurbanlı və müsavatçı Etibar Əkbərov arasında gedəcəyi, dairədən birinicinin mandat əldə edəcəyi gözlənilir.




102 saylı Şəmkir şəhər Seçki Dairəsindən 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri siyasi partiya (YAP-dan deputat Sahibə Qafarova) təmsilçisi, 7-si isə bitərəfdir. Bitərəflərdən 3-ü işsiz, 2-i müəllim, 2-si isə suvarma sistemləri idarəsinin rəisi və işçisidir. Bu dairədə Milli Məclis sədrinin yenidən mandat alacağı şübhə doğurmur.

103 saylı Şəmkir Seçki Dairəsində 7 namizəddən 1-i siyasi partiya (YAP-dan deputat Nurlan Həsənov) təmsilçisi, 6-ı bitərəfdir. Onlardan 1-i tələbə, 1-i maşinist, 1-i işsiz, 3-ü isə fərdi əməklə məşğul olan şəxslərdir. Bu dairədə YAP-ın namizədinin öz rəqiblərini üstələməsi çətin olmayacq.


104 saylı Gədəbəy Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-i siyasi partiya (YAP-dan deputat Sevinc Hüseynova, Müsavat Partiyasından Sabir Məmmədov) təmsilçisi, 5-i isə bitərəfdir. Təbliğat kampaniyasının gedişinə əsasən, demək olar ki, bu dairədə səslər daha çox 3 namizəd - Sevinc Hüseynova, Sabir Məmmədov və Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əziz Əlibəyli arasında bölüşdürüləcək. S.Hüseyovanın mandat qazanacağı istisna deyil.


105 saylı Tovuz-Gədəbəy Seçki Dairəsində qeydə alının 7 namizəddən 2-i siyasi partiya (YAP-dan İlkin Hüseynov, Ədalət Partiyasından Elçin Qurbanov) təmsilçisi, 5-i bitərəfdir. Bitərəflər arasında deputat Arzu Nağıyev də var. Bu dairədə də əsas mübarizə partiya namizədləri və Arzu Nağıyev arasında gedəcək. Sonuncunun şansları daha yüksək qiymətləndirilir.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar