“Büdcə təşkilatlarında malların və xidmətlərin alınması üzrə xərclərin optimallaşdırılması yolu ilə əlavə 36 milyon manat vəsaitin sərbəstləşdirilməsi və bir sıra istiqamətlər üzrə xərclərin artırılması proqnozlaşdırılır”.
Bakupost.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən 2025-ci ilin dövlət büdcəsi barədə çıxışı zamanı deyib.
“Azərbaycan Respublikası Milli Məclisinin maliyyə təminatının əlavə olaraq 815,0 min manat məbləğində artırılması, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1,0 milyon manat və ya 20 faiz artırılması proqnozlaşdırılır”, - deyə maliyyə naziri bildirib.