Ru
13:51 / 07 Noyabr 2024

Siyavuş Novruzov: Qəzada ölən hərbçiyə şəhid statusu verilə bilməz

Siyavuş Novruzov: Qəzada ölən hərbçiyə şəhid statusu verilə bilməz
Eye

Avtomobil qəzasında ölən hərbçiyə şəhid statusunun verilməsi qanunvericiliyə uyğun deyil.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, şəhid adı döyüş vaxtı ən yüksək amallar uğrunda dünyasını dəyişmiş şəxslərə verilir:

"Ancaq çox vaxt müddətdən artıq xidmət keçmək haqqında hərbi müqavilə bağlamış və ya çağırış əsasında xidmət keçənlər hərbi formada avtomobil qəzasına düşəndə və ya günvurmadan dünyasını dəyişirsə, onun valideynləri şəhid statusu tələb edirlər. Bu da düzgün deyil. Çünki torpaqlarımız uğrunda döyüşüb mübarizə aparan insanlarla onların fəaliyyəti üst-üstə düşmür. Bu səbəbdən bunları nəzərə almalıdırlar. Onlara şəhid statusu vermək olmur, bununla bağlı müraciətlər etməsinlər. Çünki qanunvericiliyimizə uyğun deyil".

Şərhlər
  • B.Qarabağlı

    2ci dünya müharibəsində tək SSRİ tərəfdən 20 milyon nəfər insan iştirak edib! İlk gündən son qələbə gününə qədər hər qrupun (vzvod, rota, batalyon, cəbhə, ordu ...) döyüşə giriş, son nəticədə sağlam-həlak hamısının siyahısı dəqiqləşdirilib! Təbii ki, tam həlak olan və çox azsaylı itginlər də olub? Onlar gedişat və hadisələr də daim sənədləşdirilb, yerində operativ və *yuxarı*larda müzakirə olunub! Biri tələb edirsə, deməli. OXŞAR hadisədə KİMəsə verilib? Emənistana 1918ci ildən heç bir qarış təcavüz olmayıbsa da, elə silah ticarətindən milyardlarla qazancına dünyadan daha müasir Hərbi Arsenal seçir? Bu gün minaya düşənlərə hansı fərqli adı vermək olar? Yoxsa, ömürlük erməni pensiyasımı?

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar