Ru
21:31 / 10 Yanvar 2025

Slutski: Bayden Trampın Rusiya ilə dialoqunu çətinləşdirir

Slutski: Bayden Trampın Rusiya ilə dialoqunu çətinləşdirir
518

Co Bayden ABŞ prezidenti postunu tərk edərkən, ölkənin yeni rəhbərliyinin Rusiya ilə dialoqu bərpa etməsini mümkün qədər çətinləşdirmək niyyətindədir.

Bakupost.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski anti-Rusiya sanksiyalarının son paketini TASS-a şərh edərkən deyib.

"Bayden Trampa "yanmış torpaq" qoyub gedəcək və Rusiya ilə dialoqun bərpası perspektivlərini mümkün qədər çətinləşdirəcək. Enerji sektoruna təsir edən son sanksiyalar paketi məhz bu silsilədəndir", - deputat bildirib.

Slutski qeyd edib ki, bu addım artıq neft bazarlarında bahalaşmaya səbəb olub.

"Amma demokratlar, görünür, öz vətəndaşlarının iqtisadi rifahı ilə maraqlanmırlar. Onlar bu prinsiplə hərəkət edirlər: "Bizdən sonra qoy lap daşqın olsun". Təbii ki, bu, sanksiyalar müharibəsində yeni eskalasiyasıdır", - deyə Duma komitəsinin rəhbəri əlavə edib.

Qeyd edək ki, Vaşinqton administrasiyası, ABŞ Maliyyə Nazirliyinin bəyanatına əsasən, iri neft şirkətlərinin rəhbərləri və Rusiya Energetika Nazirliyinin əməkdaşları da daxil olmaqla 13 rusiyalıya qarşı sanksiya tətbiq edib. Rusiyada yerləşən 30-dan çox neft-mədən xidmətləri şirkəti də məhdudiyyətlərə məruz qalıb.

Zaur, BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar