Yüksək binalarla yüksəkliklərə doğru!
“SMTS” MMC 18 ildir ki, “Yüksək binalarla yüksəkliklərə doğru!” sloqanı ilə tikinti sektorunda Baş Podratçı inşaat şirkəti olaraq fəaliyyət göstərir. 2007-ci il, fevral ayının 5-də dövlət qeydiyyatından keçən şirkət əməyin təhlükəsizliyi, ətraf mühitin qorunması və yüksək keyfiyyəti rəhbər tutaraq sənaye və mülki binaların inşasını həyata keçirir. Bu müddətdə nəinki Azərbaycan, ümumiyyətlə Qafqazda öz unikallığı, fərqliliyi ilə seçilən mühüm inşaat layihələrinə imza atıb. Regionda ilk olaraq Bakıda inşa olunmuş, 90 dərəcə dönən bina kimi tanınan, Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli “Property Tower Baku” İnzibati binasını, Cənubi Qafqazın ən hündür göydələni hesab edilən 50 mərtəbəli “Baku Tower” İş mərkəzini, Qalaaltı Otel&SPA İstirahət və Müalicə Kompleksini, Aselsan Şirkətinin sifarişi ilə inşa olunan, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsi binasının tikintisini və s. buna nümunə göstərmək olar.
Beynəlxalq təcrübə!
“SMTS” MMC baş podratçı olaraq “Turner”, “Hıll”, “Obermeyer”, “SGS”, “RWDI”, “Hoffman Jans”, “Gensler”, “Maurer" və s. beynəlxalq layihələndirmə, mühəndislik və konsaltinq şirkələri ilə iş təcrübəsinə malikdir. Bunun nəticəsidir ki, beynəlxalq tələblərə uyğun keyfiyyətli, təhlükəsiz, plana uyğun tikinti-quraşdırma işlərini apara bilən yerli mühəndis-texniki heyətə malikdir. Şirkət tikinti-quraşdırma işlərini beynəlxalq standartlara, açarlı təhvil prinsipinə uyğun həyata keçirir. Həmçinin inşa etdiyi mülki və sənaye binalarında xüsusi proqram təminatına malik Bina İdarəetmə Sistemi (BMS) quraşdırılır. Şirkətin əsas missiyası yüksək keyfiyyətli işlə yanaşı, Azərbaycan inşaat elminin və mühəndisliyinin beynəlxalq arenaya çıxarılmasıdır. Ona görə də işgüzarlığı və dürüstlüyü rəhbər tutaraq, beynəlxalq təcrübəni öyrənməklə bu yolda irəliləyir.
Əməyin təhlükəsizliyinə zəmanət!
“SMTS” MMC-də keyfiyyət, sağlamlıq və təhlükəsizlik standardlarına ciddi riayət olunması ön plandadır. Yalnız şirkətin işçiləri üçün deyil, subpodratçılar üçün də təhlükəsiz əmək şəraitinin təmin edilməsi yüksək prioritetdir. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş Tikintisinə icazə tələb olunan Bina və Qurğuların Tikinti-Quraşdıma İşlərinin bütün sahələrini əhatə edən fəaliyyət lisenziyasına, Standartlaşdırma İnstitutu tərəfindən sertifikatlaşdırılmış AZS ISO 9001:2020, AZS ISO 14001:2021, AZS ISO 45001:2021, “TÜV AUSTRIA” GMBH şirkətinin ISO 9001:2015, ISO 14001:2015 & ISO 45001:2018 sertifikatlarına malikdir. ISO standartlarına uyğun qurulmuş işin nəticəsidir ki, 18 il ərzində fəaliyyət göstərdiyi inşaat sahələrində heç bir bədbəxt hadisə qeydə alınmayıb. Keyfiyyətli material və avadanlıqlardan istifadə edildiyindən, həmçinin peşəkar mühəndis-texniki heyət sayəsində sifarişçilər keyfiyyətlə bağlı hər hansı problemlə üzləşməyib.
![](https://www.bakupost.az/uploads/news/2025-02-11-16-36-38HxCDVFtoebTwf5LX9dnq_file.jpg)
Avtomatlaşdırılmış İdarəetmə, Müstəqil Keyfiyyətə Nəzarət və SƏTƏM sistemləri!
“SMTS” MMC SAP S/4HANA ERP (Enterprise Resource Planning) proqramı üzərində qurulmuş beynəlxalq maliyyə sisteminə, mükəmməl sənəd dövriyyəsi və kodlaşma sisteminə, müstəqil Keyfiyyətə Nəzarət və SƏTƏM sistemlərinə malikdir. Şirkətdə mühüm əməliyyatlar elektron qaydada və tam şəffaf formada aparılır. Maliyyə-uçot sisteminin əməliyyatları, əmək haqqı hesabatları və s. tam olaraq ölkə qanunvericiliyinin tələblərinə uyğun qurulub.
Peşəkar kadrlarla əməkdaşlıq!
Yüksək keyfiyyətli tikinti-quraşdırma işlərinin icra olunması üçün mühüm amillərdən biri də yüksək ixtisaslı mühəndis-texniki heyətdən ibarət komandadır. “SMTS” MMC-də də sənaye və mülki tikinti üzrə təcrübəsi olan ixtisaslı kadrlar çalışır. Şirkət həmçinin mühəndis-texniki heyətin müxtəlif təlimlərə qatılmasına, beynəlxalq konfranslarda iştirakına, dünyanın qabaqcıl təhsil müəssisələrində ixtisas səviyyələrinin artırılmasına üstünlük verir.
Müştəri məmnunluğu!
“SMTS” MMC tikinti-quraşdırma işlərini sifarişçi, layihəçi, podratçı şirkətlər, dövlət orqanları və digər maraqlı tərəflər ilə koordinasiyalı şəkildə, keyfiyyətlə, operativ və şəffaf qaydada həyata keçirir. Müştəri məmnunluğu nəzərə alınaraq, layihələndirmədə, təchizatda və idarəetmə işlərində keyfiyyətli siyasət yürüdülür. Şirkət bütün fəaliyyətinin planlaşdırılmasında və yerinə yetirilməsində sifarişçinin istəklərinə, tələblərinə üstünlük verir. Bütün bunların nəticəsidir ki, “SMTS” MMC-nin həyata keçirdiyi bütün layihələrdə müştəri məmnuniyyəti yüksək səviyyədədir!