Ru
16:57 / 07 Mart 2025

SOCAR ilk dəfə Aralıq dənizində araşdırma aparacaq

SOCAR ilk dəfə Aralıq dənizində araşdırma aparacaq
Eye

SOCAR ilk dəfə olaraq Aralıq dənizinin İsrail şelfində qaz kəşfiyyatında iştirak edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə İsrailin iqtisadi nəşri olan "Globes" məlumat yayıb.

Bildirilir ki, Azərbaycan şirkəti bu yaxınlarda İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında 1-ci blokda qazın kəşfiyyatı üçün İsrailin Energetika Nazirliyi ilə müqavilə imzalamağa hazırlaşan beynəlxalq konsorsiuma qoşulub.

2025-ci il fevralın əvvəlində SOCAR İsrailin Tamar qaz yatağının səhmlərinin 10%-ni iş adamı Aaron Frenkeldən alıb. Beləliklə, SOCAR İsrailin New Med və BP şirkətlərinin daxil olduğu konsorsiumun bir hissəsi olub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar