Azərbaycanlı “qanuni oğru”, kriminal aləmin lideri hesab olunan “Lotu Quli ləqəbli Nadir Səlifov güllələnib.
BakuPost xəbər verir ki, o, Antalyada şam etdiyi dostu Xan Əhmədlinski tərəfindən sui-qəsdə məruz qalıb.
İlkin məlumata görə Xan Əhmədlinski də yaralanıb, lakin o, hadisə yerindən qaçmağa müvəffəq olub.
Lotu Qulinin öldüyü bildirilir.
Əlavə məlumat veriləcək.
***
Başqa bir məlumata görə, Quli hələ ölməyib. O, Antaliyadakı xəstəxanaların birinə yerləşdirilib. Həkimlər vəziyyətin kritik olduğunu bildirib.
Məlumata görə, oğrunun xəstəxanaya topıaşan tərəfdarları yerli polis tərfindən saxlanılıb.
***
Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir. Bəzi məlumatlara görə, o, restoranda deyil, qaldığı oteldə, yatdığı yerdə vurlub.
Kriminal aləmə yaxın şəxslər oğrunun artıq öldüyünü, bu dəqiqələrdə morqa aparıldığını bildirir.
***
Son məlumata görə, Lotu Quli Bakı vaxtıyla 4:40-da rəhmətə gedib.
Onu qətlə yetirən şəxs isə polis tərəfindən saxlanılıb.
Fotoda: Xan Əhmədlinski və Lotu Quli