Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı zamanı alman hökumətinin başçısı Kremlin rəhbəri Vladimir Putinlə son söhbətindən danışıb.
Bakupost.az xəbər verir ki, bu barədə Zelenski Telegram-da yazıb.
“Mən Almaniya kansleri Olaf Şolzla telefon danışığı apardım və ona Ukraynaya hava hücumundan müdafiə sistemləri - çox təsirli "Petriot" və IRIS-T ilə kömək etdiyinə görə təşəkkür etdim. Bu silahlar minlərlə insanın həyatını xilas etdi. Ukraynanı dəstəkləməyə davam etməyə hazır olduğu üçün ona minnətdaram. Onunla Ukraynanı gücləndirmək üçün hansı ikitərəfli addımlar ata biləcəyimizi müzakirə etdik”, - deyə Zelenski qeyd edib.
Ukrayna lideriı Rusiyaya təzyiqlərin artırılmasının və Ukraynanın mövqelərinin güclənməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, məhz bu, Kremli real sülhə vadar edəcək:
"Almaniya kansleri Putinə etdiyi zəngin təfərrüatlarından danışdı. Aydındır ki, yalnız silahın və diplomatiyanın gücü birlikdə müharibənin günahkarını sülhə vadar edə bilər. Sülh yalnız güc yolu ilə mümkündür".
Zaur, BakuPost