Ru
23:50 / 19 Fevral 2025

Şolts Ukrayna siyasətinin əleyhdarlarına söyüşlə cavab verdi

Şolts Ukrayna siyasətinin əleyhdarlarına söyüşlə cavab verdi
Eye

Almaniya kansleri Olaf Şolts onun Ukrayna siyasətinin əleyhdarlarını “axmaqlar” adlandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Politico”ya müsahibəsində Yaşıllar Partiyasından olan deputat Sebastyan Şefer danışıb.

Millət vəkili vurğulayıb ki, hadisə 2025-ci ilin yanvarında baş verib. Nahar zamanı deputatlar kanslere təzyiq göstərməyə çalışıblar. Onlar Ukrayna tərəfinə hərbi yardımı artırmağa çağırıblar və Şoltsu həddindən artıq qətiyyətsizlikdə ittiham ediblər.

Şefer əlavə edib ki, Almaniyanın ÜDM-ə verdiyi töhfənin çox kiçik olduğuna diqqət çəkəndə kansler özündən çıxıbb.

Deputat vurğulayıb ki, Şolts buna söyüşlə cavab verib. Kansler bildirib ki, bu cür bəyanatları yalnız “anti-vətənpərvər əyalət axmaqları” verə bilər”.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar