Almaniya kansleri Olaf Şolts deyib ki, Vladimir Zelenskinin Ukrayna prezidenti kimi legitimliyini inkar etmək “təhlükəli və yanlış”dır.
Bakupost.az xəbər verir ki, o, "Der Spiegel" jurnalına verdiyi şərhdə ABŞ prezidenti Donald Trampın Ukrayna lideri haqqında səsləndirdiyi sərt ifadələrə belə cavab verib.
“Prezident Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir”, - Şolts deyib.
Onun sözlərinə görə, Zelenski hazırkı dövlət başçısı olmaqda davam edir və seçkilərin keçirilməsinin mümkünsüzlüyü ölkədə davam edən münaqişə ilə bağlıdır.
Kansler deyib ki, hadisələrin bu inkişafı Ukrayna Konstitusiyasına uyğundur.
"Heç kim bunun əksini iddia etməməlidir", - Şolts deyib.
Bundan əvvəl ABŞ prezidenti Vladimir Zelenskini Ukraynada səsvermə təşkil edilərsə, ölkəsini itirə biləcək “seçkisiz diktator” adlandırmışdı. Bundan əlavə, onun sözlərinə görə, Vladimir Zelenski ABŞ-ı qalib gələ bilməyəcəyi müharibəyə sürükləyib. Tramp əlavə edib ki, ABŞ olmadan Zelenski heç vaxt Rusiya ilə sülh danışıqları apara bilməyəcək.
Öz növbəsində Vladimir Putin bəyan edib ki, Ukrayna ilə sülh müqaviləsinin imzalanması yalnız Ukrayna hökumətinin qanuni nümayəndələri ilə mümkündür.
Zaur, BakuPost