Ru
12:03 / 19 Mart 2025

SON DƏQİQƏ: CHP-nin daha 2 bələdiyyə sədri SAXLANILDI

SON DƏQİQƏ: CHP-nin daha 2 bələdiyyə sədri SAXLANILDI
Eye

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan və Bəylikdüzü Bələdiyyə sədri Mehmet Murat Çalık saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumatda bildirilir ki, İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı apardığı iki ayrı istintaq çərçivəsində İstanbul meri Əkrəm İmamoğlu, Bəylikdüzü Bələdiyyə sədri Murat Çalık, Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan və müğənni Ercaned Saatçi də daxil olmaqla 79 nəfər saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, təqsirləndirilən şəxslər cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılmasında ittiham olunaraq saxlanılıblar.

İmamoğlu səhər saatlarında "X" sosial platformasında yayımladığı videoda evinin qarşısında yüzlərlə polisin olduğunu qeyd edib. “Biz geri çəkilməyəcəyik, mübarizəmizi davam etdirəcəyik”, – deyə o bildirib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar