Ru
14:25 / 25 Fevral 2025

Son günlər yağan qar su ehtiyatımızı artırıb

Son günlər yağan qar su ehtiyatımızı artırıb
895

Son 15 gündə dağlıq ərazilərimizdə və buzlaqlarda intensiv qar yağması su ehtiyatımızı artırıb.

Bakupost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov deyib.


"O qeyd edib ki, iqlim dəyişikliklərinin təsirlərinə baxmayaraq, Mingəçevir gölü, Şəmkir və Araz su anbarlarında su ehtiyatlarımız 75%-dən çox artıb:

"Son 10 ildə ilk dəfə olaraq bu artıma nail olmuşuq. Bu nəticə dövlət qurumlarının koordinasiyalı fəaliyyəti və su ehtiyatlarının səmərəli idarə olunması sayəsində mümkün olub. Tam əminliklə deyə bilərik ki, yay dövründə istər aran, istərsə də digər ərazilərdə su təminatı kifayət qədər olacaq. Lakin bu, sudan qeyri-səmərəli istifadə üçün əsas verməməlidir. Hər bir vətəndaş suyun qorunmasına töhfə verməlidir".

Aydın Abbasov həmçinin qeyd edib ki, hazırda yağış sularının yenidən istifadəsi ilə bağlı tədqiqatlar aparılır, iqtisadi əsaslandırmalar və elmi tədqiqatlar üzrə işlər görülür:

"Xüsusilə Bakı şəhərində yağış kollektorlarının qoyulması və genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir. Artıq bu suların ayrılması, dövlət su ehtiyatı kimi suvarmada istifadəsi və təbiətə qaytarılması istiqamətində layihələr icra olunur. Bakı ətrafındakı təbii göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yağış sularının bu mənbələrə yönləndirilməsi istiqamətində də işlər davam etdirilir. İnanıram ki, yaxın illərdə bu layihələr uğurla həyata keçiriləcək və ictimaiyyətə təqdim olunacaq".

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar