Hindistanda kişi diri cücəni udaraq sonsuzluğunu müalicə edəcəyinə ümid edib. Lakin bu cəhd onun həyatına son qoyub.
Bakupost.az xəbər verir ki, bu barədə SCMP məlumat yayıb.
Qeyd olunur ki, uzun illər evli olan, lakin övladı olmayan cütlük bir şəfaçıya müraciət edib:
"Çhattisqarh ştatından olan 35 yaşlı Anand Yadav ata olmaq arzusu ilə hər şeyə hazır idi və tantra mütəxəssisinin məsləhəti ilə diri cücə udmağa qərar verib. Ritualdan sonra kişi çimib, başgicəllənmə hiss edib və evində huşunu itirib. O, dərhal xəstəxanaya çatdırılıb, lakin artıq gec idi".
Həkimlər zərərçəkmişi müayinə edərək onun boğazında 20 santimetr uzunluğunda bir cücənin ilişib qaldığını aşkar ediblər. Meyiti yaran həkim
cücənin nəfəs yollarını və qida borusunu bağladığını, nəticədə kişinin boğularaq öldüyünü müəyyən edib.
“Karyeramda ilk dəfədir ki, bu cür hadisə ilə rastlaşıram .Bu vaxta kimi 15 mindən çox yarma əməliyyatı keçirmişəm, lakin bu tapıntı bizim hamımızı şoka saldı", - deyə həkim bildirib
O əlavə edib ki, cücə çıxarıldıqdan sonra bir müddət canlı qalıb.
Hazırda pols məsələ ilə bağlı araşdırma aparır. Yadavın ailəsi isə hadisə ilə bağlı açıqlama verməyib.
Lalə, BakuPost