Ru
16:22 / 22 Sentyabr 2024

Spiker və I müavin kim olacaq? - YAP sabah qərar verəcək

1008
Sabah Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçiriləcək.

Bakupost.az -ın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri və sədrin I müavini postuna namizədləri müəyyənləşəcək.

Xatırladaq ki, sabah VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Sentyabrın 23-də Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar