Böyük Britaniyanın Baş naziri Kir Starmer Pasxa ilə bağlı müvəqqəti atəşkəs rejiminin başa çatmasının ardından Rusiyanı tammiqyaslı atəşkəsə çağırıb.
Bakupost.az xəbər verir ki, bu barədə "The Standard" nəşri məlumat yayıb.
"Britaniya Ukraynanın Rusiyaya ünvanladığı tam atəşkəs çağırışını dəstəkləyir", – Baş nazir qeyd edib.