Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:00 / 03 Dekabr 2024

Startaplara niyə güzəştlər tətbiq olunmur? - Açıqlama

774

Startapların inkişafı müasir iqtisadiyyat üçün vacib məsələ olsa da, Azərbaycanda bu sahədə müəyyən problemlər mövcuddur. Bunlardan biri də vergi güzəştləri ilə bağlıdır. Bir çoxları startaplar üçün vergı güzəştləri tətbiq edilməsini zəruri hesab edir.

Mövzuyla bağlı Bakupost.az -a danışan iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, startaplarla bağlı təklif olunan müxtəlif vergi güzəştlərinin heç bir effekti olmayacaq:

“Startaplarla bağlı əsas problemlərdən biri kredit resurslarına çıxış məsələsidir. Bu sahə riskli biznes sayıldığına görə, bir çox banklar onlara kredit verməkdən imtina edir, ya da daha çox faizlə və aşağı müddətə verirlər. Zaman çox qısa olduğuna görə, bu, startaplar üçün sərfəli deyil. Çünki onlar göstərdiyi xidməti və ya məhsulu bazarda tanıdana qədər bir müddət ziyanla işləyə bilərlər. İkinci problem odur ki, startapların səhmdar cəmiyyətlərə çevrilməsi və pul cəlb etməsi mexanizmi yoxdur”.



İqtisadçının sözlərinə görə, ABŞ və ya Avropa ölkələrində startaplar bazarda öz ideyalarını təqdim edirlər:

“İdeya cəlbedici olduqda səhm bazarına çıxır və pul cəlb edir. Səhmdar həmin startapların gələcəyinə inanırsa, səhmləri alır və nəticədə milyonlarla pul cəlb edilir. Bu zaman heç kreditə də ehtiyac olmur. Əldə edilən vəsaitlə ideya həyata keçirilir. Bizdə bu mexanizm yoxdur. Ona görə də startapların işləməsi çox çətindir. Təkcə vergi güzəştləriylə bu sahəni inkişaf etdirmək çox çətindir”.

Rəhman Mirzəlizadə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar